9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Xarici futbol

“Zenit” Andre Villaş-Boaşı ictimaiyyətə təqdim etdi (Foto)

“Zenit”in baş məşqçisinin adı rəsmən açıqlanıb. Futbolxeber.az-ın məlumatına görə, Sankt-Peterburq klubu gözlənildiyi kimi, Andre Villaş-Boaşla rəsmi müqavilə imzalayıb.

Sözləşmənin müddəti 2016-cı ilə kimidir. Sankt-Peterburqda keçirilən təqdimetmə mərasimində portuqaliyalı mütəxəssis təyinatı ilə bağlı deyib: “Peterburqda çox yaxşı qarşılandım. Komanda Dortmunda yollansa da, hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Qısa vaxt ərzində komandanın şəraiti ilə yaxından tanış oldum. Məşq bazası yüksək səviyyədədir”.

Xatırladaq ki, qeyri-rəsmi məlumatlara görə, Andre Villaş-Boaş “Zenit”də ildə 8,5 milyon avro qazanacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30