8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

"Fənər" mümkün olan ən güclü rəqiblə düşdü"

 

"Beşiktaş"ın keçmiş məşqçisi Karlos Karvahal Avroliqanın 1/2 final mərhələsində qarşılaşacaq "Fənərbaxça" - "Benfika" cütündə komandaların şanlarını dəyərləndirib. Futbolxeber.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis püşkü "Fənər" üçün uğrusuz adlandırıb: "Fənərbaxça"nın püşkatmada bəxti heç gətirmədi. Çünki "Fənər" mümkün olan ən güclü rəqiblə düşdü. "Bazel" və ya "Çelsi" ilə qarşılaşsaydılar, işləri bir qədər asan olardı. Amma "Benfika" bugünkü gündə çox gücülüdür. İlk oyunun İstanbulda keçirilməsini hansısa komanda üçün üstünlük hesab etmirəm. Çünki "Fənər" evdə qələbə qazansa, cavab oyununda işi xeyli asanlaşacaq. Əksinə, ilk oyunda komanda uğursuzluqla üzləşsə, cavab oyunu öncəsi şansı xeyli azalacaq. Bu səbəbdən də ilk oyuna ev sahibliyi etməyi üstünlük hesab etmirəm. Mənim sözlərimi pis başa düşməyin, amma "Benfika" həqiqətən də güclü komandadır. Şansları 50-nin 50-yə dəyərləndirərdim".

Xatırladaq ki, 2011-12 mövsümündə "Beşiktaş"ı çalışdıran Karvahalın sonuncu iş yeri "İstanbul BB" olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30