9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Avstriyanın 2 idmançısı Soçidə hədələndi

Avstriyanın Milli Olimpiya Komitəsi (MOK) 2014-cü il Soçi Qış Olimpiya Oyunlarında 2 qadın idmançısının oğurlanacağı ilə hədələnib. Lent.az-ın məlumatına görə, bu barədə MOK-un baş katibi Piter Mennel açıqlama verib.
 
O bildirib ki, komitəyə daxil olan məktubda naməlum şəxslər dağ xizəkçisi Marlis Şildlə skeletonçu Janin Floku oğurlayacaqlarını yazıblar. Mennel idmançıların da bu barədə xəbərdar edildiyini, amma Şildlə Flokun buna sakit yanaşdıqlarını bildirib. Məktubun özü isə polisə çatdırılıb.
 
“APA.at” nəşri yazır ki, Soçidə olimpiya kəndinin hüdudlarından kənarda avstriyalı idmançıları “Kobra” xüsusi təyinatlı birləşməsinin 2 əməkdaşı müşayiət edəcək. 32 yaşlı Şild 2006-cı il Turin Qış Olimpiadasında 2 “gümüş”, 2010-cu il Vankuver olimpiadasında 1 “bürünc”, dünya çempionatlarında isə 7 medal, o cümlədən, “2 qızıl” qazanıb. 24 yaşlı Flok isə 3 dəfə Avstriya çempionu olub.
 
Qeyd edək ki, əvvəllər Almaniya, İtaliya, Sloveniya və Macarıstan MOK-ları da hədə məktubu alıblar. Olimpiadanın təşkilat komitəsi bu hədələri əsassız sayıb. Rusiya prezidenti Vladimir Putin isə idmançılar və qonaqların öz təhlükəsizlikləri barədə narahat olmalarına gərək olmadığını bildirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30