29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Vüqar Həşimov vəfat etdi

Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Vüqar Həşimov vəfat edib. Apasport.az saytının məlumatına görə, uzun müddətdir müalicə alan qrossmeyster bu gecə dünyasını dəyişib. O, Almaniyanın Heydelberq klinikasında keçinib.
 
Müalicəsini tamamlamaq üzrə olan Həşimovun bu ildən yarışlara qatılacağı gözlənilirdi. Lakin başında bədxassəli şiş olduğu deyilən şahmatçımız gözlənilmədən vəfat edib.
 
Qeyd edək ki, Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakıda anadan olub. O, üçqat Azərbaycan çempionu tituluna sahib idi. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanan qrossmeyster 2011-ci ilin yanvarında 1958-ci ildən İtaliyada müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub.
 
Allah rəhmət eləsin! 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31