Digər idman növləri
İlham Əliyev Azərbaycan milli komandasını qəbul edib
Azərbaycan prezidenti İlham Əliyev Varşavada keçirilən kişi şahmatçılar arasında Avropa komanda çempionatında birinci yeri qazanmış seçmə komandamızın üzvlərini və mütəxəssisləri noyabrın 20-də qəbul edib. Apasport.az saytının məlumatına görə, qələbə münasibətilə şahmatçıları və mütəxəssisləri təbrik edən prezident bu uğurun Avropa şahmat tarixində öz yerini tutacağını vurğulayıb.
Dövlət başçısı qələbənin Azərbaycan xalqının istedadı və dərin intellektual potensialına dəlalət etdiyini bildirib.
Azərbaycanın ən mötəbər beynəlxalq yarışlarda böyük uğurlar qazandığını vurğulayan prezident İ. Əliyev kişilərdən ibarət seçmə komandamızın ikinci dəfə şahmat üzrə Avropa çempionu adını qazanmasının mühüm əhəmiyyət kəsb etdiyini və bunun respublikamızın beynəlxalq imicinin daha da möhkəmlənməsinə əsaslı töhfə olduğunu deyib.
Dövlət başçısı növbəti şahmat olimpiadası kimi mötəbər yarışın Azərbaycanda keçirilməsi barədə qərarın da ölkəmizin bu sahədə qazandığı ardıcıl uğurların məntiqi nəticəsi olduğunu qeyd edib.
Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycanın şahmat üzrə seçmə komandasının son dörd Avropa çempionatında iki qızıl, bir gümüş və bir bürünc medal qazanmasını bu sahədə aparılan məqsədyönlü dövlət siyasətinin nəticəsi kimi qiymətləndirib, bundan sonra da beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmək üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib.
Prezident İ. Əliyev bu nailiyyətdə payı olan Gənclər və İdman Nazirliyinin, həmçinin Azərbaycan Şahmat Federasiyasının mütəxəssislərinin əməyini də xüsusi vurğulayıb.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov onlara göstərilən yüksək qayğıya görə şahmatçılar və mütəxəssislər adından minnətdarlığını bildirib. O, Azərbaycanın bütün bölgələrində şahmatın inkişafı üçün dövlət səviyyəsində kompleks işlərin aparıldığını söyləyib, şahmatçıların bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəklərinə inamını vurğulayıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"