9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Digər idman növləri

Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq

Bakıda ilk dəfə keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna mayın 5-də yekun vurulacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, turnirin sonuncu günündə böyüklər arasında fərdi və qrup hərəkətləri proqramında qaliblər müəyyənləşəcək.
 
Azərbaycan təmsilçisi Zöhrə Ağamirova halqa, top və lentlə çıxış edəcək. Zeynəb Hümmətova, Ləman Əlimuradova, Kamilla Əliyeva, Daria Sorokina, Yelizaveta Luzan və Güllü Ağalarzadədən ibarət kollektiv isə üç lent və iki top, həmçinin beş halqa ilə yarışda bacarıqlarını nümayiş etdirəcək.
 
Gənclər arasında final mərhələsində Gövhər İbrahimova halqa, İlahə Bahadırova top, Şəms Ağahüseynova isə lentlə çıxışda qüvvələrini sınayacaqlar.
 
Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kubokunda 37 ölkədən 160 idmançı iştirak edir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30