29 May 2024, Çərşənbə
Renat Dadaşov "Hatayspor"dan ayrıldı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında

Digər idman növləri

"Prezident Kuboku-2024" reqatasının Füzulidə də keçirilməsi planlaşdırılır

"İşğaldan azad olunmuş ərazidə bu cür yarışın keçirilməsi tarixi hadisədir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Kanoe və Avarçəkmə Federasiyanın (AKAF) baş katibi Fərhad Əliyev Suqovuşanda start götürən "Prezident Kuboku-2024" turniri barədə danışarkən deyib.

O, üçüncü dəfə təşkil olunan yarışda iştirak edən ölkələrin sayının çoxluq təşkil etdiyini bildirib: "İlk turnirdə 5, ikincidə 17 ölkə iştirak edirdisə, indi bu say 21-ə çatıb. Bu da bizi sevindirən məqamdır. Yarışdan əvvəl "Prezident Kuboku"na qatılacaq idmançılar arasında turnir təşkil olunur və orada fərqlənənləri bura cəlb edirik".

Onun sözlərinə görə, bu yarışın Füzuli şəhərində də təşkili planlaşdırılır söyləyib: "Su hövzəsini yoxlamaq üçün həmin əraziyə beynəlxalq mütəxəssis cəlb edəcəyik. Hazırda orada hər şey normaldır. Amma yenə də müvafiq tədbirlər görməyə çalışacağıq"

Neftçala şəhərində bir dəfə təşkil olunan reqatanı da xatırladan F. Əliyev təşkilatçılıq baxımından hər şeyin qaydasında olduğunu deyib: "Sadəcə, su hövzəsinin bəzi yerləri standartlara cavab vermədiyi üçün indiki halda orada yarış keçirməyimiz alınmır".

AKAF rəsmisi bu yaxınlarda “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan avarçəkəni Diana Dımçenkonun əldə etdiyi uğurun tarixi nəticə olduğunu söyləyib: "Bilirsiniz ki, bu yarış texniki idman növüdür. Onun iştirak etdiyi turnirdə küləkli hava şəraiti var idi. Bu, idmançılara təsir etsə də, Diana sınaqdan üzüağ çıxdı".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31