7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Digər idman növləri

Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında 4-cü turun partiyaları keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, turun açılışında iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov növbəti illərdə millinin bütün üzvlərinin yarışda iştirakına çalışacaqlarını bildirib.
 
4-cü turda əsas mübarizə Məhəmməd Muradlı ilə Aydın Süleymanlı arasında olub. Partiya M.Muradlının qələbəsiylə başa çatıb. Misrətdin İsgəndərov Xəzər Babazadəylə mübarizədən qalib ayrılıb.
 
Hesabat turunda Süleyman Süleymanlı Read Səmədova, Rüstəm Rüstəmov Vüqar Manafova, Xaqan Əhməd isə Toğrul Həsənzadəyə uduzub. Beş oyun heç-heçə yekunlaşıb.
 
4 turdan sonra Məhəmməd Muradlı 3,5 xalla birinci yerdədir. Hərəyə 3 xalı olan Read Səmədov, Misrətdin İsgəndərov 2-3-cü pillələrdə qərarlaşıblar. Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Vüqar Manafov, Namiq Quliyev, Vüqar Rəsulov 4-8-ci yerləri bölüşürlər.
 
Reqlamentə əsasən, 9 turdan sonra ilk 4 yerin sahibləri ikinci mərhələdə olimpiya sistemi üzrə mübarizəni davam etdirəcəklər. Burada şahmatçılar finala vəsiqə uğrunda iki oyun keçirəcəklər. Qələbə qazanan iştirakçılar çempion adı uğrunda finalda qarşılaşacaq, uduzanlar isə üçüncü yer uğrunda yarışacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30