8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

İddiaçılar Turniri: Nicat Abasov yenə qələbəyə həsrət qaldı

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.
 
Futbolxeber.az saytının məlumatına görə, 28 yaşlı qrossmeyster VII turda Hindistan təmsilçisi Vidit Santoş ilə münasibətləri aydınlaşdırıb. 
Milli üzvü ağ fiqurlarla oynayıb. Tərəflər heç-heçəyə razılaşıblar.
 
Yeddi turdan sonra Yan Nepomnyaşi vahid liderdir, o, 4,5 xal toplayıb. Karuana, Qukeş və Praqnanandha 2-4-cü yerləri bölüşür, onların hər biri rusiyalıdan 0,5 xal geri qalır. Vidit və Nakamura hərəyə 3,5 xal toplayıblar (5-6-cı yerləri bölüşdürüblər), Firuzca (2,5 xal) yeddinci, Nicat Abasov isə 2 xalla sonuncudur.
 
Səkkizinci turda N.Abasov turnirin vahid lideri Yan Nepomnyaşi ilə qarşılaşacaq.
 
İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
 
Qeyd edək ki, turnirin mükafat fondu 500 min avrodur. Qalib 48 min avro qazanacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30