8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Azərbaycanın sərbəst güləşçilərinin ilk rəqibləri müəyyənləşib

Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, püşkün nəticəsinə əsasən Azərbaycan təmsilçilərinin də ilk rəqibləri bəlli olub.
 
Mübarizəyə 1/8 finaldan başlayacaq Əliabbas Rzazadə (57 kiloqram) bu raundda italiyalı Simone Piroddu ilə qarşılaşacaq.
 
Hacı Əliyev (65 kiloqram) təsnifat mərhələsində fransalı Həmzət Arsomirzoyevlə görüşəcək.
 
Turan Bayramov (74 kiloqram) və Osman Nurmaqomedov (86 kiloqram) yarışa 1/8 finaldan qoşulacaqlar. Onlar müvafiq olaraq, isveçrəli Tobias Portmann və litvalı Domantas Pauliusçenkonu sınağa çəkəcəklər.
 
Georgi Meşvildişvili 125 kiloqramda Abraham Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, turnirin ilk günündə qüvvəsini sınayan Azərbaycanın yunan-Roma güləşçiləri - Nihat Məmmədli (60 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) finala çıxa bilmədikləri üçün “Paris-2024” Yay Olimpiya Oyunlarına Lisenziya qazana bilməyiblər. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kiloqram) bu gün lisenziya uğrunda yarımfinal görüşünə çıxacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30