8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Paralimpiya Komitəsi Qran-pridə iştirak etməyən cüdoçularla bağlı məsələyə aydınlıq gətirib

Azərbaycan Milli Paralimpiya Komitəsi Türkiyənin Antalya şəhərindəki Qran-pridə iştirak etməyən 5 paracüdoçu ilə bağlı məsələyə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə qurumun rəsmi feysbuk hesabında paylaşım edilib:

"Bu gün bəzi mətbuat orqanlarında Türkiyənin Antalya şəhərindəki Qran-pridə iştirak etməyəcək 5 paracüdoçumuz ilə bağlı xəbər yayılıb. Qeyd olunan paracüdoçular - Dürsədəf Kərimova, Sevda Vəliyeva, Şahanə Hacıyeva, Xanım Hüseynova ilə Kənan Abdullaxanlı bundan əvvəlki yarışlarda qaydalara uyğun olaraq tibbi təsnifatdan keçiblər və mübarizə aparıblar.

Antalyadakı yarışdan əvvəl adıçəkilən idmançılara ilkin tibbi təsnifat zamanı "CNC' (Classification not confirmed, yəni təsnifat təsdiqlənməyib) statusu müəyyən edilib və növbəti yarışlar üçün yenidən tibbi baxışdan keçmələri nəzərdə tutulub. Paracüdoçularımız üçün "NE" (non eligible, yəni uyğun gəlməyən) statusu müəyyənləşdirilməyib. Tibbi komissiya tərəfindən əlavə sənəd tələb olunub. Tələb olunan sənəd Bakıda aradan qaldırılaraq yenidən sistemə yüklənəcək.

Həmçinin idmançılarımız tibbi təsnifata komitənin oftalmoloqunun müşayiəti ilə yollanıblar və onun tərəfindən sənəd çatışmazlığının növbəti yarışda iştirak üçün aradan qaldırılması ilə bağlı lazımi qeydlər götürülüb. Tokio-2020 Paralimpiya Oyunlarından sonra dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün komitə tərəfindən bütün addımlar atılır.

Qeyd edək ki, idmançılarımızın adı iştirak və reytinq siyahısından çıxarılmayıb. Paracüdoçularımız Paris Paralimpiadasına hazırlığı yüksək əhval-ruhiyyədə davam etdirirlər.

Paralimpiya Komitəsi olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və idmançılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik.

Mətbuat nümayəndələrindən bu cür xəbərlərin yayılmasından əvvəl komitənin mövqeyini öyrənmələrini xahiş edirik".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30