29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Digər idman növləri

Azərbaycan güləşçiləri beynəlxalq turnirə Qazaxıstanda hazırlaşırlar

Azərbaycanın gənclərdən (U-20) ibarət yunan-Roma güləşi millisi Qazaxıstana yollanıb.

Futbolxeber.az saytına federasiyadan verilən məlumata görə, yığmamız bu gündən Çimkənd şəhərində təlim-məşq toplanışına start verib.

Martın 9-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 18 güləşçi yer alıb.

Həm fiziki, həm də taktiki-texniki çalışmaların yer alacağı toplanışda Qazaxıstan, Ukrayna, Özbəkistan, Tacikistan və Səudiyyə Ərəbistanı yığmaları da iştirak edir.

Komanda hazırlıq prosesini başa vurduqdan sonra martın 11-13-də Astanada keçiriləcək Jaksılık Uşkempirov turnirində çıxış edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31