10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Digər idman növləri

Kamil Zeynallı sərbəst buraxıldı

Moskvada Ermənistanın sorğusu əsasında saxlanılan fitnes məşqçisi Kamil Zeynallı sərbəst buraxılıb.

Futbolxeber.az saytının APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Kamil Zeynallının vəkili Ələkbər Qarayev açıqlama verib.

K.Zeynallı bu gün Bakıya geri qayıdacaq.

Onun sözlərinə görə hazırda Kamil Zeynallının vəziyyəti yaxşıdır: “Baxmayaraq ki, Ermənistan dövləti Kamil Zeynallını federal axtarışa vermişdi. Ona qarşı çox ağır maddələrlə ittiham irəli sürülmüşdü. Amma Rusiya dövləti humanizm göstərdi. Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq. Buna görə də mən hamıya təşəkkür edirəm. Çox əziyyət çəkildi. Xüsusilə də Azərbaycanın Rusiyadakı səfirliyinə, şəxsən Polad Bülbüloğluna təşəkkür edirəm. Həqiqətən də, çox böyük iş gördülər”.

Qeyd edək ki, K.Zeynallı Ermənistan cinayət məcəlləsinin 135 (İnsanlığa qarşı cinayətlər), 137 (Sponsorluq edilən şəxsə qarşı müharibə cinayətləri), 140 (Müharibə aparmaq üçün qadağan olunmuş üsullardan istifadə edən hərbi cinayətlər), 147 (Muzdlu cəlb etmək) və 149-cu (Təcavüz) maddələri ilə ittiham olunurdu. Onun sabah məhkəmə önünə çıxarılması gözlənilirdi.

Onu da vurğulayaq ki, Ermənistan Kamil Zeynallını Vətən müharibəsi başlayandan 2 gün sonra (29 sentyabr 2020-ci ildə) axtarışa verib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30