9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Digər idman növləri

Azərbaycanın sərbəst güləş milisi Avropa üçüncüsü oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatına yekun vurulub.
 
Futbolxeber.az saytının məlumatına görə, qitə birinciliyinin son 3 günündə sərbəst güləş üzrə mübarizə baş tutub.
 
Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında yarışda iştirak edən 10 güləşçimizdən 7-si fəxri kürsüyə qalxıb.
 
1 gümüş və 6 bürünc medal qazanan millimiz 122 xal toplayaraq, komanda hesabında Avropa 3️-cüsü olub. Türkiyə (140) birinci, Gürcüstan (130) isə ikinci yeri tutub.
 
Xatırladaq ki, Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Əli Rəhimzadə (65 kq), Turan Bayramov (74 kq), Arseniy Djoyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) bürünc medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30