8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Azərbaycan karateçiləri Parisdə Premyer Liqa turnirində çıxış edəcəklər

Azərbaycan karateçiləri Fransanın paytaxtı Parisdə keçiriləcək Premyer Liqa turnirində çıxış edəcəklər.

Futbolxeber.az saytının məlumatına görə, yanvarın 26-28-də gerçəkləşəcək yarışın mükafatları uğrunda millimizin 7 üzvü mübarizə aparacaq.

Kişilərin birinciliyinə Əminağa Quliyev, Fərid Savadov (hər ikisi 60 kq), Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Asiman Qurbanlı (+84 kq) qatılacaq. Qadınlar arasında Fidan Teymurova (50 kq) və Mədinə Sadıqova (55 kq) fəxri kürsüyə yüksəlməyə çalışacaq. Öllkəmizi hakim qismində isə Cahangir Babayev və Vüqar Kərimov təmsil edəcək.

Milli komandamız Parisə Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov və qurumun İdarə Heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi altında yollanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30