10 Iyun 2024, Bazar ertəsi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik

Digər idman növləri

Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Zemfira Həsənzadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən 21 yaşadək idmançılar arasında Avropa çempionatında bürünc medal qazanıb.
 
Futbolxeber.az saytına Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, 46 kq çəki dərəcəsində çıxış edən yığma üzvü fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
 
Həsənzadə ilk döyüşündə finlandiyalı Ada-Emilya Tammilanı məğlub edib. O, ardınca Culia Qalero (İtaliya) və Melina Georgiuya (Yunanıstan) da qalib gələrək yarımfinala yüksəlib. Taekvondoçu bu mərhələdə ispaniyalı Sofia Qarsiyaya uduzaraq üçüncü olub.
 
Qeyd edək ki, komanda səfərə kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında yollanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30