11 Iyun 2024, Çərşənbə axşamı
"Qarabağ"dan qapıçı transferi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ

Digər idman növləri

FIA Baş Assambleyasının Bakıda yekun iclası keçirilir

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının Heydər Əliyev Mərkəzində illik yekun iclası keçirilir.
 
Futbolxeber.az saytının məlumatına görə, toplantıda FIA prezidenti Mohammed Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və digər rəsmi şəxslər çıxış ediblər.
 
Anar Ələkbərov FIA Baş Assambleyası və Mükafatlandırma mərasiminin Bakıda təşkil olunmasının əhəmiyyətindən bəhs edib. O, bu kimi tədbirlərin məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına, Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib: “Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər, həmçinin, digər layihələr həyata keçirir”.
 
Azərbaycanın 2016-cı ildən “Formula 1” yarışlarına ev sahibliyi etdiyini xatırladan Anar Ələkbərov Bakı küçələrində Qran-prinin uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə FIA-ya təşəkkürünü çatdırıb.
 
O cümlədən, Bakıda FIA həftəsinin uğurla keçməsində və yaddaqalan alınmasında əməyi olan hər kəsə, eyni zamanda, FIA əməkdaşlarına və könüllülərə minnətdarlıq bildirilib.
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30