8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Azərbaycan taekvondoçuları İordaniyaya yollanıblar

Taekvondo üzrə Azərbaycanın qadın və kişilərdən ibarət milli komandaları İordaniyaya yollanıblar.

Futbolxeber.az saytının məlumaıtna görə, yığmalar burada təlim-məşq toplanışı keçəcəklər.

Taekvondoçular səfərə kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Rəşad Məmmədov və qadınlardan ibarət yığmanın baş məşqçisi Sun Mi Parkın rəhbərliyi altında gediblər.

Onlar noyabrın 7-dək davam edəcək hazırlıq prosesində Xıdır Məmmədov, Qaşım Maqomedov, Rahid Vəliyev, Pərviz İskəndərov, Vaqif Hacıyev, Nicat İsmayılzadə, Cavad Ağayev, Əliəskər Əliyev, Eltac Qafarov, Həmidreza Badrialiabadi, Milad Beiqi Harçeqani, Zemfira Həsənzadə, Minayə Əkbərova, Səmərrux Osmanova, Səidə Əliyeva, Məryəm Məmmədova, Leyla Bəşirova və Fatimə Məcidovanı yoxlayacaqlar.

Yığma ardınca İordaniyada keçiriləcək Prezident Kubokuna qatılacaq. Yarış noyabrın 9-10-da baş tutacaq.

Komandaya ümumilikdə rəhbərliyi Azərbaycan Taekvondo Federasiyasının baş katibi Rüstəm Bağırlı edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30