8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Azərbaycan boksçuları Minskdə beynəlxalq turnirdə mübarizə aparacaqlar

Oktyabrın 30-da Belarusda yeniyetmə boksçular arasında açıq Minsk birinciliyi keçiriləcək. 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası da gücünü yoxlayacaq.

Futbolxeber.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçisi Teymur Məmmədov Vladimir Botvinnikin xatirəsinə həsr olunan beynəlxalq turnirdə Fərid Səlimov, Əli Məmmədov (hər ikisi 46 kq), İsmayıl Rzayev (48 kq), Məhəmmədəli Məmmədli (50 kq), Bağır Əmirxanlı, Əli Baxışov (hər ikisi 52 kq), Sübhan Babayev (54 kq), Nurlan Abışov (57 kq), Raul Əsədullayev, Turqay Rəhimli (hər ikisi 60 kq), Kənan Aslanlı (63 kq), Rza Rzayev (70 kq), Əli Məmişov (80 kq) və Məhəmməd Cəfərova (+80 kq) şans verəcək.

Nəsrəddin Məmmədov isə ölkəmizi hakim kimi təmsil edəcək.

Qeyd edək ki, turnirdə ev sahibləri və Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan və digər ölkələr də mübarizə aparacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30