9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Azərbaycan cüdoçusu dünya çempionatında gümüş medal qazandı

Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, bu gün Azərbaycan cüdoçusu Vüqar Talıbov (90 kq) turnirdə gümüş medal qazanıb.
 
Mübarizəyə 1/16 finaldan mübarizəyə qoşulan V.Talıbov finalda görüşdə yaponiyalı Komei Kavabataya məğlub olub.
 
Bu çəki dərəcəsindəki digər təmsilçimiz İsmayıl Zamanov 1/8 finalda çıxışını başa vurub.
 
Ömər Rəcəbli isə 81 kq-da bürünc medal qazanmaq şansını son anda əldən verib. O, təsəlliverici dueldən üstün ayrılsa da, bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Naoto İzavaya uduzub.
 
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal əldə ediblər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30