9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən festival üçün 100-dən artıq idmançı qeydiyyatdan keçib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festivalda iştirak etmək üçün 100-dən artq idmançı qeydiyyatdan keçib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən, xarici ölkələrdən olan idmançıların iştirak edəcəyi festival kişilər və qadınlar arasında 2 növ - boulderinq və çətinlik mərhələsi üzrə keçiriləcək.

Açıq festivalın baş tutacağı ərazidə xaricdən dəvət olunan mütəxəssis tərəfindən artıq müxtəlif mürəkkəblik dərəcəsi üzrə 40 marşrut hazırlanıb.

Qayayadırmanma festivalının keçirilməsində məqsəd bu idman növünü inkişaf etdirmək, yeniyetmə və gəncləri qayayadırmanma ilə məşğul olmağa həvəsləndirmək, onların yarış texnikalarının təkmilləşməsinə kömək etmək və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.

Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festival oktyabrın 7-8-də Abşeron yarımadasında yerləşən Korgöz massivində təşkil olunacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30