8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Şahmatçılarımız Avropa çempionatında komanda hesabında birinci olublar

Azərbaycanın yeniyetmə şahmatçıları Rumıniyanın Mamaya şəhərində keçirilən Avropa çempionatında komanda hesabında birinci olublar.
 
Futbolxeber.az saytının məlumatına görə, yığma buna 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmaqla nail olub.
 
Turnirdə mükafatlandırma mərasimi də baş tutub. Qalib və mükafatçılara medal, diplom, o cümlədən kubok təqdim edilib. Çempion şahmatçılarımızın şərəfinə 4 dəfə Azərbaycan himni səsləndirilib.
 
Xatırladaq ki, Avropa çempionatında Məhəmməd Kazımzadə, Mehriban Əhmədli, Əhməd Xaqan, Rüstəm Rüstəmov qızıl, Ayan Allahverdiyeva və Xəzər Babazadə gümüş, Səadət Bəşirli isə bürünc medal əldə edib. Azərbaycan şahmatçıları ilk dəfə yeniyetmələrin qitə çempionatında 4 qızıl medal qazanmaqla rekord nəticəyə imza atıblar.
 
 
 
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30