8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

“Neftçi”nin oyunlarının vaxtı açıqlanıb

Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının final mərhələsində iştirak edəcək “Neftçi”nin oyunlarının təqvimi müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə,  Azərbaycan təmsilçisi B qrupunda Çin, ABŞ milliləri və “Yuanda” (Çin) klubu ilə üz-üzə gələcək.
 
Hər üç rəqiblə oyun sentyabrın 16-da baş tutacaq. “Neftçi” Bakı vaxtı ilə saat 12:15-də ABŞ, 14:05-də Çin milliləri, 15:05-də isə “Yuanda” ilə qarşılaşacaq.
 
Qeyd edək ki, 8 komandanın iştirakı ilə 16-17 sentyabrda təşkil olunacaq Dünya Qadın Seriyasının final mərhələsində qruplarda ilk pilləni tutanlar yarımfinala, ikinci və üçüncü yerlərin sahibləri isə “play-in” mərhələsinə vəsiqə qazanacaqlar.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30