8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

"Tata Steel Chess": Teymur Rəcəbov blitsdə sonuncu olub

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirinin blits üzrə yarışında sonucu olub.

Futbolxeber.az saytının məlumatına görə, 36 yaşlı qrossmeyster keçirdiyi 9 oyunun 2-də qələbə qazanıb, 3-də heç-heçə edib, 4-də isə uduzub.

Beləliklə, Rəcəbov ikinci günü 3,5 xalla başa vurub. Bir gün öncə 2 xal toplayan milli üzvü blits turniri 5,5 xalla sonuncu - 10-cu pillədə bitirib.

Qeyd edək ki, Teymur Rəcəbov daha öncə rapid üzrə mübarizədə 5,5 xalla ikinci olmuşdu. Yarışda həmyerlimizlə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30