8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Avropa birinciliyi: İki boksçumuz minimum bürünc medalı təmin edib

Azərbaycan millisinin iki üzvü Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa birinciliyində minimum bürünc medalı təmin edib.
 
Futbolxeber.az saytının məlumatına görə, onlar 1/4 final mərhələsinin ilk günündə rinqdən qalib ayrılıblar.
 
Boks Federasiyasının İdarə Heyətinin üzvü, yığmanın baş məşqçisi Rövşən Hüseynovun rəhbərlik etdiyi komandada İsmayıl Vəliyev (70 kq) italiyalı Françesko di Palmo ilə üz-üzə gəlib. Döyüş boksçumuzun 4:0 (30:27, 29:28, 29:28, 28:28, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb.
 
Onun uğurunu Səftər Məmmədzadə (90 kq) də davam etdirib. Batu Basla (Türkiyə) qarşılaşan təmsilçimiz ikinci raundda tam üstünlüklə qalib gəlib.
 
Hər 2 boksçu yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı təmin ediblər.
 
Qeyd edək ki, 1/4 finalın ikinci günündə Toğrul Quliyev (57 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq) və Mədinə Məmmədova (60 kq) yarımfinal üçün mübarizə aparacaqlar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30