9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Karlsen: “Nicat güclü şahmatçıdı”

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinalçılar müəyyənləşib. 
 
Futbolxeber.az saytının məlumatına görə, karyerasında ilk dəfə turnirin yarımfinalına vəsiqə qazanan Azərbaycan şahmatçısı Nicat Abasovun rəqibi dünya reytinqinin lideri Maqnus Karlsen (Norveç) olacaq.
 
Beşqat dünya çempionu turnirin rəsmi saytına açıqlamasında 1/4 final görüşü barədə fikirlərini bildirib:
 
“Bu gün fərqli oyun oldu. Debütdən aşkar irəliləyiş görmədim. Sonra oyunun ortalarında kiçik üstünlük hiss olunurdu. Yekunda heç-heçəyə razılaşdıq. İlk görüşdə qalib gəlmişdim. Ümumi nəticə yarımfinalda iştirakımı dəqiqləşdirdi”.
 
Norveçli şahmatçı yarımfinaldakı rəqibi azərbaycanlı şahmatçı Nicat Abasovla bağlı verilən suala qısa cavab verib: “Nicat güclü şahmatçıdı. Dünya Kubokunda göstərdiyi oyun bu sözləri deməyə imkan verir. Bizi maraqlı mübarizə gözləyir”.
 
Sonda Maqnus Karlsen növbəti dəfə Azərbaycan paytaxtında olmaqdan məmnun olduğunu söyləyib və Dünya Kubokunun yüksək təşkilatçılığını qeyd edib: “Yenidən Bakıda olmaq xoşdur. Təşkilatçılıq yaxşıdır. Buradan yaxşı təəssüratlarla ayrılacam”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30