9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Abduləzimova: "Avropa çempionatında ilk məqsədimiz qrupdan çıxmaqdır"

“Klub sezonunu mayda başa vurdum. Çox şükür mövsümü çempionluqla bitirdim. Daha sonra qısa müddət istirahət edib milli komandaya qoşuldum. Avropa çempionatında ilk məqsədimiz qrupdan çıxmaqdır. Bundan sonra artıq addım-addım, bacardığımız qədər irəli getməyi hədəfləyirik. Bosniya və Herseqovinada, Bakıda və Sloveniyada müxtəlif komandalarla bir sıra yoxlama oyunları keçirdik. Bu oyunlar çatışmazlıqları və səhvlərimizi görməyə imkan yaratdı. Həmçinin bu yoxlama matçları baş məşqçiyə Avropa çempionatı üçün əsas heyəti müəyyənləşdirməyə də kömək oldu. İnşallah çəkdiyimiz zəhmətin nəticəsini görərik".
 
Fubolxəbər.az saytının məlumatına görə, bu sözləri Azərbaycan voleybol millisinin kapitanı Ayşən Abduləzimova Avropa çempionatına vəsiqə qazanmaları ilə bağlı danışarkən deyib.
 
O, komandanın hazırki vəziyəti belə dəyərləndirib: "Komandamızda ana olan oyunçularımız da var, onlar hazırda övladlarından ayrıdırlar, ölkəmizi təmsil edirlər. Onlara da çətindir. Həmçinin bəzi zədələrimiz var. Buna baxmayaraq, biz sonadək mübarizə aparacağıq. Əlimizdən gələni edəcəyik ki, qrupdan çıxaq və uğurlu nəticə qazanaq. Bizi dəstəkləyən azarkeşlərə, yanımızda olan hər kəsə təşəkkürümü bildirirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30