10 Iyun 2024, Bazar ertəsi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik

Digər idman növləri

Boksçularımız Avropa birinciliyində mübarizə aparacaqlar

Avqustun 17-25-də Sloveniyanın Maribor şəhərində məktəbli boksçular arasında keçiriləcək Avropa birinciliyində Azərbaycan millisinin üzvləri də mübarizə aparacaq.
 
Futbolxeber.az saytının məlumatına görə, yığmaya Boks Federasiyasının İdarə Heyətinin üzvü, aşağı yaş qrupları üzrə komandaların baş məşqçisi Rövşən Hüseynov rəhbərlik edəcək.
 
Avropa birinciliyində oğlanların yarışında rinqə Əli Camalzadə (40 kq), Şahin Mustafayev (42 kq), Bəhlul Əhmədli (44 kq), Məhəmməd Mehrəliyev (46 kq), Yusif Bəylərov (48 kq), Təşkilat Quliyev (50 kq), Şahin Aslanov (52 kq), Seydəmir Quliyev (54 kq), Toğrul Quliyev (57 kq), Əli Abdullayev (60 kq), Adil Zalov (63 kq), Nicat İmanov (66 kq), İsmayıl Vəliyev (70 kq), Hüseyn Abdullayev (80 kq) və Səfdər Məmmədzadə (90 kq) çıxacaqlar.
 
Komandanın məşqçilər heyətində Vüqar Məmmədov və Samir Məmmədov da yer alıblar.
 
Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi altında isə qızların yarışına Saraxanım Səmədova (38 kq), Aylin Nəzərova (46 kq), Fidan Bəkirova (51 kq), Mədinə Məmmədova (57 kq) və Səma Hüseynova (60 kq) qatılacaqlar.
 
Azərbaycanı Avropa birinciliyində beynəlxalq dərəcəli referi Rövşən Qədirov təmsil edəcək.
 
Qeyd edək ki, yarışın püşkü avqustun 16-da atılacaq. Bu gün səfərə yollanacaq milli ayın 26-da Bakıya qayıdacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30