8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Dünya Kuboku: 4 şahmatçımız mərhələ adladı

Azərbaycanın 4 şahmatçısı Bakıda keçirilən Dünya Kubokunda ikinci mərhələnin tay-brekində qalib gəlib.

Futbolxeber.az saytının məlumatına görə, Nicat Abasov Fransa təmsilçisi Loran Fressineni üstələyib. İlk görüşdə qalib olan Nicat növbəti oyunda heç-heçə oynamaqla mərhələ adlayıb.

Rauf Məmmədov Aleksandr Predkeni mübarizədən kənarlaşdırıb. Serbiyalı şahmatçı ilk iki görüşdə heç-heçəyə razılaşıb. Üçüncü partiyada Rauf Məmmədov qələbə qazanıb. Dördüncü oyunda da heç-heçə qeydə alınıb. Yekunda 2,5:1,5 hesablı qələbə Məmmədovu üçüncü mərhələyə daşıyıb.

Abdulla Qədimbəyli İspaniya şahmatçısı David Quijjarodan güclü olub. 20 yaşlı şahmatçılar arasında dünya çempionu olan Qədimbəyli ilk partiyada rəqibini mat edib. İkinci görüş isə heç-heçə yekunlaşıb.

Günün ən uzun davam edən matçlarından biri Qədir Hüseynovla danimarkalı Yonas Byerre arasında oynanılıb. İlk iki görüş heç-heçə başa çatandan sonra şahmatçılar hərəyə 1 qələbə qazanıblar. Beşinci oyunu qazanan Qədir altıncı görüşdə heç-heçəyə nail olub.

Qeyd edək ki, III mərhələnin görüşləri avqustun 5-də keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30