9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Bakıda keçiriləcək Avropa çempionatının açılış mərasiminin vaxtı müəyyənləşib

17 yaşadək həndbolçu qızlar arasında Bakıda keçiriləcək Avropa çempionatının açılış mərasiminin vaxtı müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, avqustun 5-də təşkil olunacaq tədbir saat 17:15-də başlayacaq.

Mərasimin ardından Azərbaycan millisi qrupdakı ilk oyununda Gürcüstanla qarşılaşacaq. Ertəsi gün rəqib Sloveniya, avqustun 7-də Bosniya və Herseqovina, 9-da isə Litva olacaq. Bütün matçlar saat 18:00-da start götürəcək.

Avqustun 12-də 9-10-cu, 5-8-ci yerlər uğrunda görüşlər və yarımfinal oyunları reallaşacaq. Ertəsi gün 7-8-ci, 5-6-cı və 3-4-cü yerlər uğrunda mayçlar baş tutacaq. Həmin gün saat 18:00-da final qarşılaşması ilə yarışa yekun vurulacaq.

Qeyd edək ki, avqustun 5-dən 13-dək Bakı İdman Sarayında keçiriləcək Avropa çempionatında, həmçinin, İspaniya, İsrail, Yunanıstan, Lüksemburq və Farer adaları yığmaları da mübarizə aparacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30