8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Cüdoçumuzdan gümüş medal

Azərbaycanın daha bir cüdoçusu Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Rəşid Məmmədəliyev (73 kq) mübarizəyə 1/8 final mərhələsindən başlayıb.

Bu mərhələdə idmançı ispaniyalı Aytor Alonsonu ipponla məğlub edib. Məmmədəliyev 1/4 finalda italyan Eduardo Mellanı yenib. Finala gedən yolda isə cüdoçumuz Monqolustandan olan Uranbayar Odgerelə qalib gəlib. Həlledici qarşılaşmada yapon Tatsuki İşiharaya məğlub olan Rəşid Məmmədəliyev Umiversiadanı gümüş medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl 66 kiloqram çəki dərəcəsində cüdoçumuz Yaşar Nəcəfov və qadınların yarışında 48 kiloqramda Leyla Əliyeva üçüncü yeri tutublar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30