9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Cüdoçularımızdan 9 medal

Sloveniyanın Maribor şəhərində 25-28 iyul tarixlərində 17-ci Avropa Gənclər Olimpiya Festivalının cüdo üzrə fərdi yarışları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan turnirdə 12 çəki dərəsində 8 oğlan və 4 qız cüdoçu ilə təmsil olunub. Cüdoçularımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib.

Turnirin ilk günündə oğlanlar arasında 50 kq çəkidə Nihad Məmişov və 55 kq çəkidə Ayxan Mirzəzadə yarışın bürünc medallarını əldə ediblər. Qızlar arasında isə 44 kq çəkidə Məryəm Bayramzadə yarışı 7-ci yerdə tamamlayıb.

Yarışın ikinci günündə qızlar arasında 48 kq çəkidə Vüsalə Hacıyeva və 52 kq çəkidə Xədicə Qədəşova bütün rəqiblərinə qalib gələrək yarışın qızıl medallarına sahib olublar. Oğlanlar arasında isə 60 kq çəkidə Məhəmməd Musayev və 66 kq çəkidə Cəsur İbadlı yarışda bürünc medal qazanıblar.

Yarışın üçüncü günündə oğlanlar arasında 73 kq çəki dərəcəsində Süleyman Şükürov Festivalın gümüş medalını qazanıb.

Fərdi yarışların sonuncu günündə oğlanlar arasında 90 kq çəkidə Aslan Kotsoyev bütün rəqiblərini məğlub edərək qızıl medal əldə edib. 90 kq çəkidə Ramazan Əhmədov isə yarışın gümüş medalını qazanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30