9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku iki dildə şərh olunacaq

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun partiyaları Azərbaycan və ingilis dilində şərh olunacaq.

Futbolxeber.az-ın məlumatına görə, yarışın rəsmi saytı vasitəsilə yayımlanacaq görüşlər Azərbaycan dilində əməkdar məşqçi Anar Allahverdiyev, ingilis dilində isə dünya çempionu Vişvanatan Anand, İndoneziya şahmatçısı İrene Sukandar və hindistanlı beynəlxalq usta Saqar Şah tərəfindən təqdim ediləcək.

Dünya Kubokunu işıqlandırmaq üçün Azərbaycanla yanaşı, Böyük Britaniya, Rusiya, İran, İspaniya, Niderland, Hindistan, Banqladeş, Botsvana, Zambiyadan olan 100-dən çox jurnalist və texniki əməkdaş qeydiyyatdan keçib.

Qeyd edək ki, iyulun 30-da start götürəcək Dünya Kubokunun təntənəli açılış mərasimi iyulun 29-da Bakı Konqres Mərkəzində keçiriləcək. Həmin gün eyni zamanda rəsmi şəxslər və şahmatçıların iştirakı ilə mətbuat konfransı təşkil ediləcək.

Yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30