8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Federasiya prezidenti: “Azərbaycan Dünya kubokunda rekord sayda şahmatçı ilə təmsil olunacaq”

“Azərbaycan bu il Bakıda keçiriləcək Dünya kubokunda rekord sayda şahmatçı ilə təmsil olunacaq”.

Futbolxeber.az saytına açıqlamasında bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.

M.Məmmədov qazanılan nəticənin azərbaycanlı şahmatçıların bacarığının göstəricisi olduğunu vurğulayıb: “Dünya kubokunda 17 şahmatçımız çıxış edcək. Bu isə Azərbaycan şahmatı üçün mütləq rekorddu. Buna qədər Dünya kubokunda heç 10 şahmatçı ilə belə təmsil olunmamışdıq. 17 nəfərdən 3-ü turnirə “Wild card”, yəni təşkilatçı kimi qatılacaq. Digər 14 nəfər isə vəsiqə əldə edib. Bu, bizim şahmatçıların bacarığını göstərir”.

O, təkcə kişi deyil, qadın şahmatçılarımızdan da uğurlu nəticə gözlədiklərini bildirib: “Bildiyiniz kimi, 2019-cu ildə Teymur Rəcəbov Dünya kubokunun qalibi olmuşdu. Bu, komanda şəklində qazandığımız Avropa çempionluqları ilə birlikdə Azərbaycan şahmatı tarixində ən yüksək zirvələrindən biridi. Ümidvarıq ki, idmançılarımız turnirdə uğurlu çıxış edəcəklər. Qızlara da böyük ümidimiz var”.

Qeyd edək ki, Bakıdakı Dünya kuboku 29 iyul-26 avqust tarixlərində keçiriləcək.

Fərəc ASLANOV

Futbolxeber.az-ın teleqram kanalına abunə olun

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30