8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Böyük Dəbilqə: Cüdoçularımız ikinci gündə medal qazana bilmədilər

Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə medal qazana bilməyiblər.
 
Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günündə mübarizəyə qoşulan 4 kişi cüdoçu uğursuz nəticə ilə yadda qalıb.
 
81 kq çəki dərəcəsində Zelim Tçkayev 1/4 finala qədər irəliləsə də, əvvəlcə bu mərhələdə tacikistanlı Somon Mahmadbekova, daha sonra isə təsəlliverici görüşdə almaniyalı Dominik Resselə məğlub olub. Həmin çəkidəki digər idmançı Məhərrəm İmamverdiyev 1/16 finalda çıxdığı ilk dueldə uduzub.
 
73 kq çəkidə Azərbaycanı təmsil edən Telman Vəliyev və Rəşid Məmmədəliyev cəmi bir mərhələ adlaya biliblər və 1/8 finalda turnirlə vidalaşıblar.
 
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycanın 8 cüdoçusu çıxış edib, yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb. Turnirə iyunun 18-də yekun vurulacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30