8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Böyük Dəbilqə: Bu gün 4 cüdoçumuz mübarizə aparacaq

Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
 
Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycanın 4 cüdoçusu iki çəki dərəcəsində mübarizə aparacaq.
 
Onların hər biri 1/16 finaldan yarışa qoşulacaq.
 
73 kq çəkidə Telman Vəliyev Baham adalarından olan Andrev Manninqslə, Rəşid Məmmədəliyev isə Türkmənistan idmançısı Parahat Nazarovla üz-üzə gələcək.
 
81 kq çəkidə Zelim Tçkayevin ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Həmin çəki dərəcəsində yer alan Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək.
 
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan millisinin heyətində yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
 

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30