8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Yunanların təzyiqinə görə millimizin türkiyəli baş məşqçisinin müqaviləsinə xitam verildi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligilə Yunanıstanda hörmətsizlik edilib.

Futbolxeber.az saytının “Milliyet”ə istinadən verdiyi məlumata görə, PAOK klubu azarkeşlərin təzyiqi səbəbindən 42 yaşlı mütəxəssisin müqaviləsinə xitam verib.

Buna Güneyligilin şəxsi instaqram hesabından Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürklə bağlı paylaşımlar etməsi səbəb olub.

Qeyd edək ki, PAOK iyunun 10-da türkiyəli baş məşqçi ilə anlaşdığını açıqlamışdı. Ataman Güneyligil 15 avqust 3 sentyabr tarixləri arasında Belçika, İtaliya, Estoniya və İtaliyada gerçəkləşəcək Avropa çempionatında Azərbaycan millisinin sükanı arxasında olacaq. Azərbaycan Voleybol Federasiyası mütəxəssislə üç aylıq müqavilə imzalayıb (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30