9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Azərbaycan avarçəkənləri Qazaxıstanda 8 dəst medal qazanıblar

Azərbaycanın gənc avarçəkənləri Qazaxıstan açıq birinciliyində 8 dəst medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, milli komanda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən kayak və kanoe növləri üzrə beynəlxalq turnirdə 5 nəfərlik heyətlə təmsil olunub.

200 metr məsafəyə bir nəfərlik kayak qayığında Amil Ramazanov birinci yerə layiq görülüb. O, eyni məsafədə iki nəfərlik kayak qayığında Qazaxıstan təmsilçisi ilə birgə yürüşdə də finişə birinci çatıb.

500 metr məsafəyə bir nəfərlik kayak qayığında Əlimurad Hacızadə bütün rəqiblərini geridə qoyub. Eyni növdə 200 metr məsafəyə yürüşdə isə 2-ci olub.

2 nəfərlik kayak qayığında Əlimurad Hacızadə - Vacib Babayev cütlüyü 500 metr məsafəyə yürüşlərdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Duet 200 metr məsafədə gümüş medallara sahib olub. Riyad İsmayılzadə ilə Rəşad Dadaşov 2 nəfərlik kayakda 500 və 200 metr məsafəyə yarışlarda ikinci yerə layiq görülüblər.

Qeyd edək ki, turnirdə 100-ə yaxın idmançının mübarizə aparıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30