8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

DÇ: Daha bir cüdoçumuz mübarizəyə başlayır

Bu gün Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatına yekun vurulacaq.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycanın yarışdakı sonuncu təmsilçisi də bu gün mübarizəyə qoşulacaq. 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Uşangi Kokauri tatamiyə çıxacaq. Onun ilk rəqibi yeni zelandiyalı Kodi Endryus olacaq.

Qeyd edək ki, hazırkı dünya çempionatında Azərbaycan millisinə yeganə medalı Zelim Kotsoyev qazandırıb. 100 kq-da çıxış edən idmançı dünya üçüncüsü olub. Daha əvvəl kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlardan isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30