9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb

İyul-avqust aylarında Bakıda keçiriləcək şahmat üzrə Dünya Kuboku ilə bağlı müqavilə imzalanıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

O bildirib ki, gənclər və idman naziri Fərid Qayıbov və FIDE prezidenti Arkadi Dvorkoviç Dünya Kubokunun rəsmi sözləşməsinə qol çəkiblər.

M.Məmmədov 2023-cü ildə Azərbaycanda başqa şahmat yarışlarının təşkil ediləcəyini də əlavə edib.

Federasiya rəhbərinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan “Baku Open 2023”də 600-dən çox iştirakçı çıxış edir: “Bir çox seksiyalarda şahmatçılar yarışa başlayıblar. Həm uşaqlar, həm gənclər, həm də 2600-2700 reytinqinə malik püxtələşmiş qrossmeysterlər, o cümlədən, veteranlar mübarizə aparırlar. Bu, Azərbaycan Şahmat Federasiyasının yubiley ili çərçivəsində təşkil etdiyi silsilə tədbirlərdən biridir”.

Qeyd edək ki, “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalında 23 ölkənin təmsilçisi yer alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30