8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

“Prezident Kuboku-2023” beynəlxalq reqatasında komandaların rəsmi paradı keçirilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatası çərçivəsində komandaların rəsmi paradı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, ötən gün hava şəraitinə görə təxirə salınmış tədbir Mingəçevirdəki Heydər Əliyev prospektində baş tutub.

Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qeyd edək ki, mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayacaq.

Yarışın ilk mərhələsi Suqovuşanda gerçəkləşib. Növbəti iki mərhələ Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq. Mükafatlandırma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30