9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Azərbaycan Cüdo Federasiyası: "Mehman Xəlilov cüdo məşqçisi deyil"

Azərbaycan Cüdo Federasiyası (ACF) Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb.

Futbolxeber.az saytının məlumatına görə, mətbuatda gedən xəbərlərdə məşqçi kimi adı çəkilən Mehman Xəlilov cüdo məşqçisi deyil.

Bildirilib ki, adıçəkilən mütəxəssis rəsmi olaraq başqa idman növü üzrə fəaliyyət göstərib: "Hadisənin baş verdiyi məşq də rəsmi olaraq digər idman növü üzrə keçirilib".

Açıqlamada cüdo məşqləri zamanı məşqçilərin müvafiq təhlükəsizlik prosedurlarına riayət etmələrinə və idmançılarının təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verildiyi vurğulanıb: "Cüdo məşqləri zamanı azyaşlı uşaqların üzərində mürəkkəb fəndlərin göstərilməsi qəti qadağandır. Həmçinin, məşqlərə yeni başlayan uşaqlara ilk növbədə təhlükəsiz yıxılmalar öyrədilir və yalnız bir neçə aydan sonra müvafiq sadə fəndlərin öyrədilməsinə başlanılır. Bütün bu məsələlərə Beynəlxalq Cüdo Federasiyasının Akademiyası ilə birlikdə təşkil edilən məşqçilik kurslarında və seminarlarda xüsusi diqqət yetirilir".

Bildirilib ki, ACF tərəfindən 13 yaşa qədər uşaqların yarışlarında sağlamlığa xətər yetirə biləcək fəndlərin, xüsusilə başın yerə qoyulmasına səbəb ola biləcək fəndlərin istifadə olması qadağan edilib və məşqçilərə bu məsələyə diqqətlə yanaşmaları üçün qəti şəkildə tapşırıq verilib: "Qadağan olunmuş fəndlərə "Ura-nage”, “Yoko-guruma”, “Yoko-otoshi”, “Tani-otoshi”, “Sode-tsurikomi-goshi”, “Tomoe-nage’’, “Makikomi” texnikaları və iki qolu götürməklə atılan bütün fəndlər aiddir. Həmçinin, hücum və ya əks hücum edərkən diz və ya dizlərdən istifadə edərək fənd tətbiq etməyə cəhd edilməsi (məsələn, dizləri yerə qoymaqla çiyin üzərindən atmalar) qadağan olunub".

Azərbaycan Cüdo Federasiyası azyaşlı vəfatından dərindən kədərləndiyini bildirib və ailəsinə dərin hüznlə baş sağlığı diləyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30