8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Avropa çempionatında iştirak edəcək güləşçilərimiz bəlli oldu

Aprelin 17-dən 23-dək Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, bu gün qitə birinciliyində ölkəmizi təmsil edəcək milli komandaların heyəti açıqlanıb. Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yarışın ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaq. Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İntiqam Vəlizadə (61 kq), Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Cəbrayıl Qadjiyev (74 kq), Səbuhi Əmiraslanov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Georgi Meşvildişvili (125 kq) uğur qazanmağa çalışacaq.

Aprelin 19-21-də qadın güləşçilər xalça üzərinə çıxacaq. Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Birgül Soltanova (62 kq), Elis Manolova (65 kq) və Nigar Mirzəzadə (68 kq) ölkəmizi təmsil edəcək.

Çempionatın son günlərində yunan-Roma güləşçiləri çıxış edəcək. Baş məşqçi Aleksandr Tarakanovun rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) AÇ-də mübarizə aparacaq.

Qeyd edək ki, qitə birinciliyində I-S kateqoriyalı hakimlərimiz Asif Şirəliyev, Sədi Quliyev və İntiqam Alıyev ədaləti qoruyacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30