8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Azərbaycanı Avropa Oyunlarında hansı şahmatçılar təmsil edəcək?

Azərbaycanı Polşanın ev sahibliyi edəcəyi 3-cü Avropa Oyunlarında təmsil edəcək şahmatçılar müəyyənləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Şahmat Federasiyası artıq komandanın heyəti ilə bağlı ərizəni təşkilatçılara göndərib. Yarışda Azərbaycanı Şəhriyar Məmmədyarov və Günay Məmmədzadə təmsil edəcəklər.
 
Qeyd edək ki, qaydalara əsasən 2 nəfərdən ibarət (1 kişi və 1 qadın şahmatçı) iştirakçı komandalar blitsdə mübarizə aparacaq. İştirakçı ölkələr Beynəlxalq Şahmat Federasiyasının martın 1-də açıqlanan klassik şahmat üzrə reytinqinə əsasən seçilib. 
 
Reqlamentə görə komandalar dairəvi sistemlə mübarizə aparacaq. İlk 4 yeri tutacaq ölkələr pley-off mərhələsinə vəsiqə qazanacaq. Avropa Şahmat İttifaqının məlumatına əsasən şahmat turniri iyunun 19-da olacaq.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30