8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

Medvedev: “Bublik unikal tennisçidi”

Rusiyalı Daniil Medvedev “Dubai Duty Free Tennis Championships 2023”un 1/4 finalında Aleksandr Bublikə qarşı keçirəcəyi oyun barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 27 yaşlı idmançı qazaxıstanlı rəqibini unikal tennisçi adlandırıb:

“Biz 8-9 yaşından tanışıq. Bublik əla oyunçudu. Buna qədər bir neçə dəfə üz-üzə gəlmişik və bu görüşlərin hər biri çətin keçib. Onun zərbələri sadə deyil. Oyununu izləməkdən xoşum gəlir. Aleksandrın Mets keçirilən turnirin finaldakı çıxışını yaxşı xatırlayıram. Mən elə oynamazdım.  Düzdür, bəzi şərhlərdə insanlar riskli oyuna görə onu təhqir edirdilər. Amma bu, yolverilməzdi. Final olsa da, hər bir tennisçi istədiyi kimi oynamaqda azaddı. Bublik unikal tennisçidi, özünə güvənir və məhz buna görə mən ona hörmətlə yanaşıram. Bir sözlə, çox çətin matç gözləyirəm”.

Xatırladaq ki, Medvedev 1/8 finalda italiyalı Matteo Amaldiyə, Bublik isə bolqarıstanlı adaşı Lazarova qalib gəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30