8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

FİDE reytinqi: Rəcəbov yenidən ilk “10-luq”da

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, ilk "10-luq"da Azərbaycanının bir təmsilçisi yer alıb.

Teymur Rəcəbov 2747 xalla 10-cu pilləyə yüksəlib. Şəhriyar Məmmədyarov isə əvvəlki sıralamaya nəzərən 15-ci pillədə (2738) qalıb.

Qədir Hüseynov (2661) 83-cü pillədə, Rauf Məmmədov (2646) 100-cü yerdə qərarlaşıb.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen (2852) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşi (2795) 2-ci, çinli Liren Dinq (2788) 3-cüdür.

Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2472) 22-ci, Ülviyyə Fətəliyeva (2427) 42-ci, Gövhər Beydullayeva (2388)  61-ci, Xanım Balacayeva (2372) 70-ci, Gülnar Məmmədova isə (2358) 88-ci pillədədirlər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30