8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Alonso: “Heç vaxt olmadığım qədər yaxşı formadayam”

“Formula-1”in yeni mövsümü öncəsi “Aston Martin”in pilotu Fernando Alonso fiziki durumunu yüksək qiymətləndirib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, 41 yaşlı idmançı əvvəlki illərdən fərqli olaraq, bu dəfə qış fasiləsində yaxşı hazırlıq keçdiyini bildirib:

“Hazırda heç vaxt olmadığı kimi əla formadayam. Əslində, bunda qeyri-adi nəsə yoxdur. Hər şey məşqlərdən asılıdır. Son 2 ildə qış fasiləsi mənim üçün çətin keçdi. 2021-ci ildə velosipedlə qəzaya uğradım. 3 həftə ərzində tərpənə bilmirdim. Ötən qış isə əməliyyat olunmuşdum. Odur ki, son 3 ildə ilk dəfə qış zamanı normal məşq edib, yeni mövsümə istədiyim kimi hazırlaşa bildim. Hazırlıqdan tam razıyam”.

Xatırladaq ki, “Formula-1” üzrə 74-cü dünya çempionatı martın 5-də Bəhreyndə start götürəcək. 23 mərhələdən ibarət yarışa noyabrın 26-da Abu-Dabidə yekun vurulacaq. Dünya çempionatının 4-cü mərhələsi olan Bakı Qran Prisi isə aprelin 30-da keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30