8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Həbibin qardaşı: “Rəqiblər adımı eşidən kimi telefon nömrələrini dəyişirlər”

Həbib Nurəhmədovun qardaşı, UFC-nin yüngül çəki dərəcəsində reytinq döyüşçüsü Umar Nurəhmədov sosial şəbəkədə maraqlı paylaşımı ilə diqqət çəkib

Futbolxeber.az saytının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 27 yaşlı idmançı döyüş keçirməkdə çətinlik çəkməsini rəqiblərin ondan qorxması ilə əlaqələndirib:

“Bu gün biz Şon Şelbi (UFC-nin vitse-prezidenti nəzərdə tutulur-red.) ilə telefonla danışdıq. O bildirdi ki, mənim adımı eşidən kimi idmançıların əksəri telefon nömrələrini və e-mail ünvanlarını dəyişirlər. Hazırda Şon О’Melli döyüşü olmayan yeganə idmançıdı. Amma mənə bildirdilər ki, hazırda o, saçlarını rəngləməklə məşğuldu, stilistin yanına tez-tez gedir”.

Qeyd edək ki, Həbibin kiçik qardaşı olan Umar UFC-də keçirdiyi 16 oyunun hamısında qalib gəlib. Bu görüşlərdən ikisi nokautla başa çatıb. 7 görüşdə rəqiblərini təslim olmağa məcbur edən kiçik Nurəhmədov 7 dəfə də hakimlərin qərarı ilə qələbəni bayram edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30