8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Digər idman növləri

Hemilton məşqlərin çətinliyindən danışdı

“Mersedes”in pilotu Lyuis Hemilton “Formula-1”in yeni mövsümünün hazırlıqlarından danışıb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, britaniyalı avtoyürüşçü ilkgünkü məşqlərdən sonra ağrılarının olduğunu bildirib:

“Sükanın arxasına keçdim və Heres trassında təxminən 160 dövrə vurdum. Təəssüratlarım yaxşıdı. Müəyyən fasilədən sonra həmişə belə olur: ilk gün bir qədər beldə və boyunda ağrı hiss edirsən. Lakin sonradan yüklənmələrə alışırsan. Ümid edirəm ki, bu mövsüm maşınımız daha sürətli olacaq. İstənilən halda fikrini yayındırmamalı, konsentrasiyanı qorumalı və komanda işindən zövq almalısan”.

Xatırladaq ki, “Formula-1” üzrə 74-cü dünya çempionatı martın 5-də Bəhreyndə start götürəcək. 23 mərhələdən ibarət yarışa noyabrın 26-da Abu-Dabidə yekun vurulacaq. Dünya çempionatının 4-cü mərhələsi olan Bakı Qran Prisi isə aprelin 30-da keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30