9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Digər idman növləri

4 qat olimpiya çempionu Parisi zilib yığını adlandırdı

“HƏMİN MERƏ MƏSLƏHƏT GÖRƏRDİM Kİ, PSİXİATRA GETSİN”

Biatlon üzrə 4 qat olimpiya çempionu Aleksandr Tixonov Paris meri Ann İdalqonu sərt şəkildə tənqid edib.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, rusiyalı veteran idmançı xanım İdalqonun Rusiya idmançılarının gələn il Parisdə keçirilən Olimpiya Oyunlarına buraxılmamalı olduqları haqda açıqlamasına belə cavab verib:  

“Mənim üçün Fransa və Paris mənim ilk olimpiadamdır. Əsl Fransa o vaxt var idi. İndiki isə əsl zibil yığınıdı. İnsan fikrini qısa zamanda necə dəyişə bilər? Ümumiyyətlə, o, nə danışdığını bilmir. Parisi merinə mənim adımdan deyin ki, psixiatra getsin. O, xəstə adamdır. Özü də heç vaxt idmanla məşğul olmayıb. Bilmir ki, əziyyət nə deməkdir”.

Xatırladaq ki, Parisin meri Ann İdalqo rusiyalı idmançıların gələn il Fransa paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarına iştirakına qarşı çıxıb. O, rusiyalı idmançıların neytral bayraq altında çıxış etmələri təklifini də dəstəkləmədiyini bildirib. Halbuki yanvarın 27-də verdiyi açıqlamada Paris meri rusiyalı idmançıların neytral statusda olimpiadada çıxış etmələrinin tərəfdarı olduğunu bildirmişdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30